Fikrimcə, sizə təqdim etdiyimiz bu kitabı 70 il ərzində gər- gin mübarizədə yaranmış və yazılmış bir ömrün müxtəsər tarix
kitabı kimi də qəbul etmək olar. Hər bir şəxsin yaratdığı həyat ta- rixi, xalqın tarixinin kiçik bir parçası hesab olunur. Çünki hər bir
kəndin, şəhərin, regionun tarixi vətən tarixinin bir hissəsini təşkil etdiyi kimi, hər bir fərdin tarixi də xalqın tarixinin bir hissəsini özündə əks etdirir. Deməli, yazılan hər bir memuar, xatirə xalqın tarixinin zənginləşməsində müəyyən rola malikdir.